Gülər üzlü həkim qız,Ey gözləri bənövşə.Qapımızdan keçəndəSarsılıram həmişə.

Başım da ağrımır ki,Bir yanına gəlim mən.Geyinib ağ xalatı,Qəlbimi dinləyəsən.

Günəş kimi təmizdir,Safdır sənin niyyətin.Ellərə ömür verir,Həyat verir sənətin.

Qoy toxunsun sinəmə,O şəfqətli əllərin.Ürəyinlə dinlə bir,Ürəyimin tellərin.

Söylə, intizarınıNə vaxtadək çəkim qız?Oxuyuram səninçünBu nəğməni, həkim qız!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов