Onüçlər
Biz Naxçıvandan cəbhəyə gedəndəon üç nəfərdik
Onüçlərim! Onüçlərim!Bir geyindik şineli biz.Bir and içdik al bayrağa,Bir döyündü ürəyimiz.
Bir düşündük, bir danışdıq,Bir sıçradıq düşmən üstə.“Ana” dedik, “Vətən” dedikDar ayaqda, son nəfəsdə.
Dağılanda gecəyarıFaşistlərin istehkamı,Baxıb qarşı səngərlərə,– Onüçlərdir! – dedi hamı.
Ay buludda gizləndimi,Özümüzü yetirərdik,Girib düşmən səngərinə,Biz “dil” tutub gətirərdik.
Boş vaxtlarda şeir yazan,Əldə qaşıq, dizdə qazan,İştahayla xörək yeyən,Tüfəng silib, nəğmə deyən.
Evlərindən məktub alan,Saz kökləyən, qarmon çalanKimdir? – sorsaydınız əgər,– Onüçlərdir! – deyərdilər.
Onüçlərim! Onüçlərim!Hardasınız indi görən?Bu nisgilli sualımlaSizi deyib gəzirəm mən.
Sərt döyüşlər, fırtınalarOldu bizim nəsibimiz.Cəbhələrdə qoyub gəldikYarımızdan çoxunu biz.
Mən keçirəm, anan görür,Baxammıram gözlərinə.Baş qoyuram sənin kimiOnun ana dizlərinə.
Sevgilin də baxır mənə,Dinməsə də, mən duyuram,– O hardadır? – sualınıGözlərindən oxuyuram.
Neçənizin atasınıAtam bilib öpürəm mən......Sən onları öz qoynundaƏziz saxla, gözəl Vətən!
Dəstəmizdən bir çoxunuİtirsək də davada biz,Yenə nikbin yaşayırıqBu torpaqda, havada biz!
Döyüşlərdə hər sübh ikənDüşmən üstə hücum çəkən.Gah sürünən, gah uzanan,Mərdlik edib, ad qazanan,Yarısından çoxu ölən,Ölümün də üstə gülənKimdir?
Əgər soruşsanız,Bir ağızdan siz hamınız,Deyiniz ki, – Onüçlərdir,Onüçlərdir! Onüçlərdir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-onucler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Söylə mənə, söylə mənə, uçuq səngər,Hansı igid itirmişdir bu çantanı?
Axı necə oldu ki...Hərdən nağıl eylədikcə mən döyüş illərimi,Sevgilim mehribanca oxşayıb tellərimi
Evciyəzə oxşadıUşaqlıqda nə rayon, nə də şəhər tanıdım,Şəkərabad kəndini böyük aləm sanırdım.
Naxçıvanın duzu, qızı, qarpızı...Haça dağdan günəş qalxır, baxıram,Yaylaqların sinəsinə qalxıram.