Vayxır çeşməsinin suları bumbuz,Buluddan ay çıxdı, taladan ulduz.Bir az da aşağı düşdü yolumuz,Gəldi qulağıma quşların səsi,A Xal-xal meşəsi, Xal-xal meşəsi!

Qulaq as daşlıqda ötən kəkliyə,Ver munis hüsnünü gül-çiçəkliyə.Qoymaram sükunət səni təkliyə,Gətirrəm qoynuna insan nəfəsi,A Xal-xal meşəsi, Xal-xal meşəsi!

Mehmanın olduqca neçə əhli-hal,Kəsilməz qoynundan nə tar, nə qaval.Babalar adına desə də Xal-xal,Sənsən yurdumuzun dilbər guşəsi,A Xal-xal meşəsi, Xal-xal meşəsi!

Demirəm, uca bir dağ belində sən,“Aran meşəsi”sən el dilində sən.Naxçıvan çayının sahilində sən,Boy at, qoy İslamın gülsün nəğməsi,A Xal-xal meşəsi, Xal-xal meşəsi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе