Mənim natəvan qızım
Məzar-heykəldə yazı
Ata-anaYana-yanaBalasınıBasdı yanıq bağrına,Tapşırdı nəm torpağa,Camaatın gözündənQüssə yağdı, töküldü,Töküldü nəm torpağa.Göz yaşının odunaKiprik yandı, qaş yandı,Məzara daş düzdülər...Daş alışdı, daş yandı.Qəbr üstündə mərmərdənBir abidə ucaldı.Baxanın gözü doldu,Baxanın gözü qaldı.Canlı bir surət oldu -Məhzun dayandı mərmər,Görünməz bir alovlaAlışdı-yandı mərmər.Heykəlin sinəsində
Üç kəlmə söz yanırdı:“Mənim Natəvan qızım”Üç parça köz yanırdı:“Mənim Natəvan qızım”Yandığından ayrı sözTapmadı ata-ana,Bu qəbri, bu heykəliYadigar bağışladıGöyərçin Natəvana.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-menim-natevan-qizim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О смерти
Yarın qanlı köynəyi tək,Qızarır yol üstə lalə.
Driğa, dilbərim halım pərişan olduğun bilməzDriğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.
Məhəbbət aləmi qəmdirMəhəbbət ölkəsi qəm diyarıdır,O diyarda ağlayan çox, gülən yox.
LeninəAfağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.