Sıldırımdan uçsun şəlalə gərək,Bəzəkli daşlardan süzüldü - heç nə.Azad çəmənlərdə bitsin gül-çiçək,Dibçəkdə eyvana düzüldü - heç nə.

Dərin dəryalarda sultandı balıq,Büllur qutuların içində heç nə.Küləkdə yelkəndi əl boyda yaylıq,Yelkən sakit qalan rüzgarda - heç nə.

Pələngin qüruru, filin siqlətiSirkdə qamçılarla qırıldı - heç nə.Tə’limçi əlində bir tikə ətiGüdməkdən gözləri yoruldu - heç nə.

Gün-günorta çağı düşüb axşamaYolun qaranlığa büründü - heç nə.Bu əlvan üfüqlər, bu sonsuz səmaQəfəs millərindən göründü - heç nə.

İslah düşərgəsi adlanan məkanDünyanın özüycən olsa da - heç nə.Əl-qolu hökmlə bağlanmış adamÖlməsə də heç nə, ölsə də heç nə.

qəlbin səksəkədə, gözün saatdauzansın görüşün bir ay da- heç nə.gülüb danışmaq da, lap zarafat dabir himə bənd isə nə fayda - heç nə.

“Tələsmə”, vaxtın var, nə olub məgər...Bu sözlər minnətlə səsləndi - heç nə.Zorla təbəssümə bürünmüş üzlərİlıq göz yaşıyla islandı - heç nə.

Ürək ağrımamış fikir ver ona,Çırpındı, başına dolandın - heç nə.Sən ki azadlığın nə olduğunaZindanlar küncündə inandın - heç nə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов