Ağlı-qaralıdır dünyamız bizim,Ağsız da kəm olar, qarasız da kəm.Gözün qarası da, ağı da lazım,Kor olluq ağsız da, qarasız da həm.

Sən də dünya kimi, sən də göz kimi-Hicranın qaradır, vüsalın ağdır.

Bir yandan donacaq qəlbim buz kimi,Bir yandan közərib alışacaqdır.

Günəş tək sönərəm, günəş tək yannam,Bir şö’ləm sevincdir, bir şö’ləm kədər.Qaraya bürünnəm, ağa boyannam,Ağlı-qaralıdır dünya - deyirlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке