Çalın-çarpaz sümüklə, kəllə şəklinə bax sən,O, bizə: - qorun, - deyir təhlükədən, ölümdən;Xəbərdar! toxunmayın cərəyanlı tellərə,Uğultuyla səslənən həyəcanlı tellərə.Əsəb kimi gərilmiş naqillərdən ehtiyat!Göydə göydən ehtiyat, yerdə yerdən ehtiyat!Çalın-çarpaz sümüklə kələyə şükür, hələToxunsanız naqilə külünüz gəlməz ələ.Qəlbimizin telləri nədir bəs, necədir bəs?Kəllə şəkli gəzdirsin döşündə yoxsa hər kəs?Özümüz özümüzə necə deyək: amandır!Ürək tellərindəki ən yüksək cərəyandır..Özümüz özümüzə necə deyək: xəbərdar!İnsan əsəblərindən gərgin naqil harda var?!Özümüz özümüzə necə deyək, niyə də:Bu tellərə toxunsaq çəkməz bir saniyə də...Ürək dözər xəncərə, aşkar boyanar ala,Dilimizin ucundan düşər pünhan zavala.Elektrik telinə toxundurma əlini,Fəlakətdir, fəlakət!

Ürəyimin telinə toxundurma dilini...Cinayətdir, cinayət!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов