Üzeyir hacıbəyovun ev-muzeyindəki Royalın önündə düşüncələr

Üşüyür... sahibsiz qalıb bu royal,İnnabı məxmərə bürünüb bərk-bərk.Möhtəşəm sükuta dalıb bu royalŞirmayı dilləri dillənməyəcək...

Dayan! indi-indi xatırlayıram:O zaman on yaşım olmazdı hələ,Keçib bu küçədən mən səhər-axşam,Gedərdim yaxın bir qohumum gilə.

Bakı... Ketsxoveli küçəsi... bu mülk...Bu mülkü sehrli arqan sanardım.Uşaq aləminin marağı böyük,Arqan çalınardı, mən dayanardım.

Bu birmərtəbəli balaca mülkünSanardım səslənir daş-divarı da.

Qapı-pəncərələr çalınır bütün,Gözəgörünməzdir qalanları da.

Evlər cərgəsində sadə bir bina,Bir böyük Üzeyir, bir adi royal.Koroğlu gəlirmiş, demə meydana:Saz, qılınc, kişnərti, od qoparan nal...

Bu evin yanından keçəndə hər günMusiqi tilsimə məni salırdı.Sən demə, içində bu xırda mülkünKoroğlu zalımdan qisas alırdı.

...Bu evin yanından keçəndə səhər,Şirmayi dillərdən nur tökülürdü.Sən demə, döyüşə gedir dəlilər,Uzaq Çənlibeldə dan sökülürdü.

...Bu evin yanından keçəndə gündüz,Royal bəstələrdi cəngi dastanı...Qırata yol verər dərə, təpə, düz,Misri doğrayardı paşanı, xanı.

...Bu evin yanından keçəndə axşam,Royal danışardı saz səsləriylə.Qönçələr açardı sevgi, arzu-kam,Rövşənin, Nigarın nəfəsləriylə.

...Bu evin yanından keçəndə gecə,royal zülmətləri yarar, yarardı.El gücü - sel gücü görünüz necəQanlı buxovları qırar, qırardı.

Bu evin yanından ötdükcə illər,Royal şahinləşər, qartallaşardı.Onun qanadında bu şanlı əsər,Ölkələr, dənizlər, dağlar aşardı.

İnnabı məxmərə bürünüb royal,Qırmızı yapıncı geyib koroğlu.Xalqın taleyinə gülür istiqbal,– Hoydu, dəlilərim! - deyir koroğlu.

Köhnə bir küçədə kiçik bir bina...

Dəyib-toxunulmaz bülbül yuvası.Burda “Koroğlu”nu verdi cahanaBöyük Üzeyirin böyük dühası.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов