Təndir
Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadova ithaf edirəm.
Otuz yeddidən qalıbBu köhnə, uçuq təndir.Qəbir daşları kimiDaşları soyuq təndir.Sifət qırışları təkSuvağı çat-çat təndir.Hörgü yarıqlarındaTikan, qarağat təndir.Yatıb-çıxanlar kimiƏyri, batabat təndir...Əlində bəraəti...Beli ikiqat təndirÖmür... tale... heç nədənKül olmuş həyat təndir.Küllüyü də qalmayıb,Barı, salamat təndir.Külündən tanıyaydıq,Kül olub gedənləri,Şil olub gedənləri...
Otuz yeddidə təndir,Odunla qalanmadı,Çır-çırpıyla yanmadı,Tariximin təbərrikVaraqlarıyla yandı.Dəsti-xətlə yazılmışYarpaqlarıyla yandı...Soraqlarıyla yandı.
Əqlin, fikrin, zəkanınBarıyla yandı təndir.Neçə-neçə dühanın,Nəsillərə hədiyyəXəzinəsi, dövləti -Varıyla yandı təndir.
Əski əlifba iləNə gördük: - ilan! - dedik,-Əski inqilab - dedik,– Amandır, düşman - dedik– Xətası bizdən uzaq,
– Tez ol, dedik - yan! dedik– Can şirindir, neynəyək...Yan, qurtarsın, can - dedikKağız qırığı gördük, -təndirə fırlan dedik.
Otuz yeddidə təndir,Demə, çörək bişirdi...Qorxudan, vahimədənTir-tir ürək bişirdi...
Qur’anı yandırandaAllahın qəzəbindən,Qorxmadı qoca-qarı.Xəyalına gətirdi,Qanlı istintaqları...– Allah günahımızdanKeçər - söylədi millət– Cəllad Allah tanıyır,Məyər? - söylədi millət.
Otuz yeddidə təndir
Yandı can yanğımızla,Vicdan əzabımızlaNeçə nadir nüsxəmiz,Nadir kitabımızla...
Üzümüzü qarsıyırİstisi indi belə,Gözümüzü yaşardırTüstüsü indi belə.
Dolanır çərxi-fələk,Uçuq təndir qaralır.Günahsız qurbanlar tək,Otuz yeddidən qalır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-tendir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dəst pədərəm babat,Bürid və kərdə mat,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,