– Axı, necə oldu həmin məsələ?Gözləyin hələ!– Nə qədər?– Onu yoldaşlar bilər.– Kimdir bu yoldaşlar, kim?Qoyun onların yanına gedim.İnanmıram -İncidə yoldaşı yoldaş.İnanmıram -Yoldaşın köksündənAsıla daş.– Birini bilirsən,Birini yox.Yoldaşların işi-gücü,Dərdi-səri çox.– Onda siz əncam çəkin,Siz!Qolunuz...Möhrünüz...Zənginiz...

– Yoldaşlarsız?..Gedin, gedin,Darıxmayın.Gəlin əvvəlində təzə ayın -O, sakit-sakitGuya ərk edir.Məni hövsələ tərk edir.– Heç olmasa söyləyinTəxmini rə’yiniziDüzəlməz? düzələr?– Yoldaşlar bilər, -Canımı dişimə tutdum.Dözdüm,Bezdim.Uddum...Gəldim təzə ayın əvvəlində.“Yoldaşlar” sözüBitmişdiZalımın dilində:– Baş tutmadı,Düzəlmədi.Yoldaşlar

Müsbət rə’yə gəlmədi.Özgə nə qulluğunuz var?Bəlkə, yoldaşlar...Güldüm. O, da güldü,Molla Nəsrəddin kimiGülüşümüRazılıq əlaməti bildi.Dedim:– Deyin əsl yoldaşlaraAlsınlar əlinizdənSığorta vəsiqənizi...Dilinizə “yoldaş” sözüGətirməyəQoymasınlar sizi.Yoldaşlar hara?Yolda daşlar hara.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов