Səfər yoldaşımız, ustad Jurnalistimiz Hacı Hacıyevə

Qaraqabaq, acıdilHacı bakıda qaldı.Kiprdə allah haqqıHacı şəkərdi-baldı.

Hamıyla şirin-şirinDeyib-güləndi hacıKiprə bakıdan deyil.Göydən gələndi hacı.

Kiprin daşı-torpağıHacını məlhəm etdi.Səfər yoldaşlarının

Cəminə məhrəm etdi.

Oylağımız Çatal göyOtelimiz dədəmanQardaş olma, yoldaş ol!Qalıb dədə babadan.

Yeddi gün, yeddi gecəYazıldı ömrümüzəGülüşlər, zarafatlarMəzəli əhvalatlarMirvari tək, inci təkDüzüldü ömrümüzə.

Qulluğumda dayandıHacı o günlər inanAncaq ki, olmasaydıBaşımızın üstündəBircə o saxsı güldan.

İstədim restorandaToxunam o güldana

Dedi: - qoy oturmuşuqSalarsan bizi qana.

Aralıq dənizininSuları dumdurudurBelə yerlər insanınƏhvalını duruldur.

Əlli ildi hacınıTanıyırdım sən deməƏlli ildi hacınıTanımırdım sən demə.

Şad ollam evlərindəHacını səhv salalarBu acıdır? hacıdırMat-məəttəl qalalar.

Lap qardaşı qardaşaBağlayır ruhu türkünKiprdən ayrılırıqOvqatımızda eyzən

Çağlayır ruhu türkün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов