Gəncənin yanında
Qəbrimin üstünə gəldiyin zamanPak olan ruhumu xatırla bir an...Nizami
Gəncənin yanında bir düzənlik var,Sərmiş xalçasını ora ilk bahar.Ağaclar hüzn ilə əymiş başını,Bülbül də gözünün inci yaşınıTökür qızıl gülün tər yanağına,Mahnı deyir, qonub kül budağına.Kəkliyin avazı, turacın səsi,Telli torağayın şirin nəğməsiSanma ki, quşların təranəsidir,Yox, bu həyat səsi, sevda səsidir!
Yarpaqlar içində hər axşam-səhərDolaşır ətirli, sərin küləklər...Günəş istisindən yananda otlarBura kölgə salır topa buludlar.Qədim məzarıstan olan bu yerdə,Min tale çiçəyi solan bu yerdəƏsrlər boyunca yağan qar-yağışSaysız qəbirləri söküb dağıtmış;Kürün suyu qədər axmış göz yaşı,Çürüyüb toz olmuş neçə başdaşı.Dönmüş neçə dəfə çərxi zamanın,Neçə min ulduzu batmış səmanın,Neçə sərkərdənin sönmüş muradı,Burda qılıncıtək pas atmış adı.Mənəm deyənləri unutmuş zaman –Şahlar məzarından qalmamış nişan.Burda yalqız, təkcə qədim bir məzarÖlməz sənətkardan durur yadigar.Qoruyub göz kimi yüz illər onuVermiş bir-birinə nəsillər onu.Güllər içindəki bu tənha məqbərYeni tikilsə də, onu ürəklərSevib yaşatmışdır səkkiz yüz ildir,Min tufan qopsa da uçan deyildir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-gencenin-yaninda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,