Gözəlliyə səyahət
Möhtəşəm görünür qarlı Dəli dağ –Qartallar qalası, çoban oylağı.Çiçəkli döşündən qaynayan bulaqYayda da dondurur əli-ayağı,
Başına yüz dəfə azı dolandımİlantək qıvrılan bu yollar ilə.
Sənsiz aylarımı qərinə sandım,Bəs necə dözmüşəm indi üç ilə?Çatıb qulağını atım kişnəyir,Əzəldən tanışdır bu yerlər ona.
Sərin dağ küləyi üzümə dəyir,Könül havalanıb gəlir cövlana.
Duman yanağına çəkir yaşmağı,Baxırsan ismətli bir gəlin kimi;Uçub hardan gəldin sən axşam çağı,Qondun bu yerlərə göyərçin kimi?
Əbəs verməyiblər bu adı sana:Dəli dağ! Dəli dağ! Nə vüqarlısan!Buludlar göz yaşı tökər qoynunaZirvəndə bir şimşək oynayan zaman.
Qürubda qaynayır qara buludlar,Yolların üstünə çökür qaranlıq.Havanın rəngindən yağır zəhrimar,Hiddətli bir yağış başlayır artıq.
Min ləzzət duyuram bu əziyyətdən,Yağışda çimməyin başqa zövqü var.Üstümüzə çökən qatı zülmətdənKabusa bənzəyir çiçəkli dağlar.
Əbəs verməyiblər bu adı sana:Dəli dağ! Dəli dağ! Nə havalısan!Ulduzlar tökülüb yaşıl qoynuna,Yoxsa çiçəklərdir elə parlayan?
Təpəsi aşağı enirik çaya,Titrəyir islanmış bədənlərimiz.Diqqət et indi də ulduza, aya,Qara buludlardan qalmadı bir iz.
Atəş böcəyitək parlayıb sönürSayrışan işıqlar pəncələrdən.İslanmış canımız alova dönürİstisu adını çəkdikcə hərdən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-gozelliye-seyahet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Açıb-bükür sahili gah xəzri, gah gilavar.Onun iki romanı –
Köçəri quşİsti karıxdırdı, çıxdıq şəhərdən,Ucqar dağ kəndində tapdıq əlacı.
BurdadırQarabağ! Durnalı – ceyranlı çöllər,Qarabağ! Bülbüllü – qumrulu dillər,
Artıq adamBu gün bir sehirlə durdum üz-üzə –Qönçəsi çırtlayan adi çiçəkdi.
Стихи других поэтов · О природе
Qəriblikdə qəmxarımsan, əzizim,Yetirəsən bir də dosta naməni.
Səfalan seyrəngahlı beynava ahuSəfalan seyrəngahlı beynava ahu,Sarf qayalar ovgahında durdunmu?
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Dağda şəlalə kimiBir rəngi yox, göylərin min rəngini sevirəmBir gülü yox, güllərin çələngini sevirəm.