Qarabağ! Durnalı – ceyranlı çöllər,Qarabağ! Bülbüllü – qumrulu dillər,Qarabağ! Gözütox – sərvətli ellər,Gücüm-arxam mənim, kürəyim mənim.

Ehtiyac bilmirəm əslimi danam –Məni özgə kənddə doğubdur anam.Uzaq bir mahaldan – Zəngəzurdanam,Lakin burda gülüb taleyim mənim.

Mizrab toxunmamış kövrək bir teləm,Bir ev, bir nəsil yox, bütöv bir eləm,Əhləti unudan nankor deyiləm –Çıxıb bu torpaqdan çörəyim mənim.

Kasıblığın cövrü burda azalıb,İlk əmək kitabçam burda yazılıb,Atamın məzarı burda qazılıb –Burdadır, burdadır ürəyim mənim.

Burdadır uşaqlıq, cavanlıq çağım,Bir həya toplanan dəli yığnağım,Qarda dovşan, bəzgək vuran çomağım...Bu yerdə bərkiyib biləyim mənim.

Çoban itlərinə gələrdim hədə,Gözlərim qalardı köçən Töhlədə...Adamdan qaçmazdı turac məhlədə,Doluydu dən ilə ətəyim mənim.

Tutun nübarını burda yemişəm,Kövərlərdə gəzmək olubdu peşəm,Neçə qız söz atıb... Gülüb demişəm:“Ələnib xəlbirim, ələyim mənim”.

Qonşu qız gül yığıb bir-bir yoxladı,Kəsib təmizləyib topa bağladı.“Yarpaqsız yoxsuldur” – dedim, ağladı,Təzələndi şövqüm – istəyim mənim.

Çəpiştək çəpəri aşdı bir anda...Cavanlar, beləydi məhəbbət onda!İllərlə qaynadı qanı qanımda,Həsrətdən kəsildi kələyim mənim.

İndi o boğçanı tökə bilmirəm,Ərlidir, adını çəkə bilmirəm,Qurulu körpünü sökə bilmirəm,Onsuz da heç olub ilk səyim mənim.

Bəlkə özünün də yoxdu xəbəri –Halı etmədim ki, mən o dilbəri,Yetdim çox arzuya o vaxtdan bəri,Çatışmır görəsən bəs nəyim mənim?

Yad kimi baxmasın bizə təzələr,Təki xoşbəxt olub dərdsiz gəzələr,Keçdikləri yola çələng düzələr,Budur arzum mənim, diləyim mənim!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов