Köçəri quş
İsti karıxdırdı, çıxdıq şəhərdən,Ucqar dağ kəndində tapdıq əlacı.Boğulhaboğulda bürküdən, tərdənBizi yelpikləndi bir qoz ağacı.
Qaçdım ora-bura görməmiş təki,Bostana, bağçaya təpdim özümü.Dedim sərinləyim bir anlıq səki,Sal-sal buzlu suda yudum üzümü.
Rastlaşdım bir qızla çay qırağında,Məni mənliyimdən o, saldı iraq.Əqlə ram olmayan dəli çağımdaQəlbimdə gizləndi məndən qaçaraq.
Yaxınlıq verəndə çalıquşutəkTutmaq istəyirdim, itkin düşürdü.Çıxıb əl edirdi sonra gülərəkBilməzdin pəriydi, yoxsa bəşərdi...
Vədə çatdı, köçdük evli-eşikli,Əllərim o səmtə uzalı qaldı.İllər on-on keçdi, qəlbimdə şəkli,Şəkərli ədası, xəyalı qaldı.
Yenə yada salıb həmin diyarıNəvəmlə üz tutdum o dağ kəndinə,Corab toxuyurdu gördüm bir qarı,Suyu şirin gəldi, xoş gəldi mənə.
Həmin qoz ağacı, o çay, o sahil,Bir daş da yerindən tərpənməmişdi.Ürəyim qəfildən qopdu elə bil,Görən sehirmidir, yoxsa nə işdir?
Qırx il bundan əvvəl gördüyüm pəriDonunu çirməyib çapırdı suda.Bizi görən təki yüyürdü bəri,Yoxuşda şivlərdən o, tuta-tuta.
Əlləri moruqdan xınalı idi...Mənim oğul nəvəm qalxdı şövq ilə.Əyilib qız nəsə qarıya dedi.Başını tərpətdi o, gülə-gülə.
Titrədi butaykən soluxan arzum...Qız bir də soruşdu baxıb nəvəmə.“Köçəri quşdular... bənd olma, quzum...” –Məni tanıyıbmış qarı sən demə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-koceri-qus
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Sənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Sultan HəmidəNərədə qalıb həzreti xeyriil bəşər,Hümmətinə şövq ilə etsin nəzər.
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Qış günlərində odlu fəğanlarHəmişə yaxşılıq baş verməli insan olanlardan,Yamanlıq sadir olmaz rəhbəri vicdan olanlardan.