Açıb-bükür sahili gah xəzri, gah gilavar.Onun iki romanı –iki seyrangahı var.

Birisində al-əlvan fəvvarələr fışqırır,O birində söyüdlər için-için hıçqırır.Atılır ki, düşür ki, çırpınır ki, ləpələrHər ildə bir iz qoyan ayaqları öpələr...

Birisində gənclərin, cavanların yığnağı,Qızarıbdır küləkdən gözəllərin yanağı,Kimi qoşa əyləşib verib burda baş-başaGözvuran mayaklara eləyirlər tamaşa.Kimisi də qayıqla dalğalarla yarışır,Mahnıları suların mahnısına qarışır.

O birində küləyin atı çapmır dördnala,Dövran sürmüş qocalar gedir burda xəyala:Cavanlıqda dalğalar mehribandı, əzizdi,Külək də sərt deyildi, kar etməzdi onlara...Bir səs gəldi: “Düşün, dost, dəniz həmin dənizdir,Fəqət ömrün qışından yol qayıtmır bahara.Sən bu yolu göylərdə, sularda çox gəzmisən,Cığırlara, rizlərə çox qəndillər düzmüsən,

Nəfəsinlə əriyib dağ başında bulud, qar.Övladına yol verir sən saldığın o yollar.İndi qabaq seyrangah onlarındır, onların,Sən onlarda tapmısan mənasını baharın...Nə etməli, vaxt çatıb –Qol da, baş da keyləşir...”Onlar külək tutmayan dalda yerdə əyləşir.

Nədəndirsə bu zaman öz halına heç biriƏsla məhəl qoymayır.Qəhqəhəli – dalğalı seyrangahdan gözləriDoymayır ki, doymayır.

Düşünürlər: “Bir anlıqQayıdaydı cavanlıq...”

Bu arzu, bu diləkləGəlir onlar sahilə.Öz yerini tanıyır əlvan kürsüdə hərə,Müddətsiz bilet alıb, elə bil ki, o yerə.Günün məlum çağındaGözəl sahil bağında

Görüşürlər mehriban,Axşam-səhər mehriban.

Başa vurur günləri onlar nəfəs-nəfəsə,Narahatlıq başlayır biri azca geciksə:“Yoxsa o da...” –Çaxnaşır sual dolu baxışlar.Ondan soraq verməsə nə əsən meh, nə rüzgar.Boş qalan yer darıxır...Sahibini hey gəzir.Suda gəmi,Göydə Ay,yerdə qəndil müntəzir.Açıb-bükür sahili gah xəzri, gah gilavar.Onun iki romanı –İki seyrangahı var.Birisində al-əlvan fəvvarələr fışqırır,O birində söyüdlər için-için hıçqırır...Atılır ki, düşür ki, çırpınır ki, ləpələrHər ildə bir iz qoyan ayaqları öpələr...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов