Vladimir Komarovun xatirəsinə

Qaranəfəs gəldi oğlumƏsə-əsə qolu, qıçı.Dedi bu gün həlak olubDünən uçan asimançı.

Bir titrəmə tutdu onunÇənəsini, dodağını.Göz yaşı da islatmışdıKipriyini, yanağını.

Söz tapmadım sual verimCavab alım mən bu hala;Dilədim uca TanrıdanKaş bu xəbər yalan ola.

Bir az əvvəl fəzalardanAlmadıqmı salamımı?Alqışladı hamı səni,Alqışladın sən hamını.

Nəbzin bahar yağışıtəkYağmırdımı dünən yerə –İnam ilə dövr etdikcəNəfəsini dərə-dərə?

Səni sənsiz bircə an daKim deyər ki, biz unutduq,Əhvalından, ünvanındanHər dəqiqə xəbər tutduq.

Qulağımız radioda,Gözlərimiz göydə qaldı.Oğlun-qızın yol gözlədi.Atan dərin fikrə daldı...

Arvadının həmin gecəGözlərindən qaçdı yuxu.Bu gün aprel səhəriniDirigözlü açdı çoxu.

Qayıdanda polad quşunQoymadın ki, düşsün dara.Şahin gözün od püskürdüZülmətləri yara-yara.

Hazırlaşdı ana torpaqQəhrəmanın pişvazına.Dünya baxdı... sən çıxandaZülmətlərdən yana-yana.

Səadət də, fəlakət dəİzlədi səni.Şənlik-matəm, sevinc-kədərGözlədi səni.

Ölüm göyə hücum çəkibBir qanad çaldı.Xoşbəxtliyin ağuşusaAçılı qaldı.

Ah, o müdhiş kabus...niyəGecikmədi bir saniyə.

Bənövşə boynunu bükdü,Zanbaqların üzü soldu –Təbrik üçün gələn güllərDönüb necə əklil oldu.

Əlvan səhra çiçəyinəQara həşyə bağladılar.Gülə-gülə yığılanlarHönkür-hönkür ağladılar.

Şimşək yedin, alov içdin,Meteortək yanıb keçdin –İşıqlandı göyün qatı.

Tarix basdı sinəsinəAsimanın səhifəsinəTarix yazan bir həyatı.

Ulduzlara gedən yoldaMin fikirdə, min xayalda...Od libaslı bir heykəl var –Qarşısından karvan-karvanKainata axan zamanBaş əyəcək kosmonavtlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов