Bir həvəs, bir maraq səssiz-səmirsizBəzən alışdırıb yaxır insanı.Ürəyin gözüylə seyr edirik bizDoğma səhnəmizdə hər tamaşanı.

Bu səhnə gah olur döyüş meydanı,Gəlir iki qüvvə burda üz-üzə.Görünmür mizrağın, qılıncın sanıSinədən axan qan çıxanda dizə.

Salır vahiməyə acgöz yadlarıBizim Cavanşirin, Elxanın səsi.Qəlbləri yandırıb yaxan odlarıÜfürüb söndürür haqqın nəfəsi.Fikir ver, diqqət et bir an keçmişə,O dövrandan gələn səsləri dinlə.Gör necə çatılmış zalıma qarşıƏrəblinskinin qaşları kinlə.

Səhnə ustasının cavan çağındaBöyük arzuları gözündə qalmış.Onun viran olmuş könül bağındaBəşərin kədəri yurd-yuva salmış.

Dönür bizim səhnə əsil məktəbə,Dərs verir həyatın fəlsəfəsindən.Hər kiçik kəlama, kiçik mətləbəQatır dərin məna elin səsindən.Görüb Nizamini, Molla Pənahı,Sənət məbədinə səcdə qılırıq.Xuraman etdiyi böyük günahıYumaqçın ağlayır bax, qırıq-qırıq...

Bəzən də məhəbbət alovlarınaBürünüb biz qarlı dağlar aşırıq.Bir aşiq çatanda öz dildarınaBiz də şirin-şirin pıçıldaşırıq.

Ya da xain çıxır biri büsbütün,Əzəlki sevdam adlayıb keçir...Ehtiras odunu söndürmək üçünİndi də özgə bir bulaqdan içir.

Qızın varlığında görünmür vüqarSəhnəyə gur işıq düşsə də yenə.Eşqi təhdid edən xəbis duyğularQara kölgə salır onun üzünə.

Bu səhnə büsbütün yandırır, yaxırGörünməz alovla ürəyimizi.Qəzəbdən göz yaşı süzülüb axır...Bu hal sədaqətə çağırır bizi!

Ya da vətən oğlu “Uzaq sahildə”Xalqın namusuna elə and içir.Ömrünün bahara yetən çağındaOrda sədaqətlə canından keçir.

Qulaq as, qulaq as, eşidirmisənAlmazın, həyatın gur nəğməsini?Bu güclü mahnıda dinləyirəm mən“Bahar suları”nın təranəsini.

Bir həvəs, bir maraq səssiz-səmirsizBəzən alışdırıb yaxır insanı.Ürəyin gözüylə seyr edirik bizDoğma səhnəmizdə hər tamaşanı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов