Ağ saçlarım
Bir gözəl üzümə dedi: qocasan...Gözümdən, könlümdən uzaqlaşdı yaz.Yayın körpüsündən keçərkən asanDayandım, səs gəldi: yubanmaq olmaz!
Önümdə payızmış dayanacağım...“Nə tez külə dönür odum-ocağım?” –Düşündüm, yoluma davam edərək.Düşündüm, tutulub fikrə gedərəkSaçımın ağını, qarasını mən,Qəlbin təzə-köhnə yarasını mən.
Nə oldu səbəbkar, kim oldu qənim,Niyə tez ağardı saçlarım mənim,Axı ağ günlərim az olmamışdır?Fəqət hər ağ saçın var hekayəti:Bəzisi ağ güldür, ömrə naxışdır,Bəzisi andırır ilk məhəbbəti.Bəzisi – gümüşü “dövlət tüküdür”,Ağ saç papaq altda qeyrət yüküdür –
Qabarır qeyz ilə üzü yuxarıTapdanan görəndə namusu, arı.Baxdıqca Araza dərd çəkə-çəkəGicgahda çoxaldı o çəngə-çəngə.
Bəzisi vay səsi, şivən səsidir,Qara kağızların nişanəsidir.Bəzisi atamdan ilk yadigardır –Məzarıma düşən birinci qardır.
Olsa uşaqlardan bir xəstələnənTökülər sırsıra saçıma dən-dən.Bəzisi bir bölük yetim qayğısı,Onların bəxtinə yazılan yazı.
Payı az olmadı bir gözəlin dəQaxanda ağ saçı başıma gündə.Küsdürdü, sındırdı kövrək qəlbimi,Mən yaşda olsa da dedi: qocasan,Qəlbi, qanacağı, niyyəti kimiSaçları qapqara qalan o insan...
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-ag-saclarim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Zarafatyana)*“Nənəm danışqan olub...” gileylənir nəvələr,
AnamgildədirŞirinli-acılı ömür keçmişəm,Yaxşını, yamanı görüb seçmişəm,
Çatdı çətin günüm, ana, ay anaÇatdı çətin günüm, ana, ay ana,Bu halımda sizə gələ bilmirəm.
Əhdim-arzumQan tərin içində üzür saçların,Əlin-ayağınsa buza dönübdür.
Стихи других поэтов
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi
Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş!Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş,Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş.
Pozuldu rövnəqi-gül, əlri-gülüstan getdiPozuldu rövnəqi-gül, əlri-gülüstan getdi,Saraldı gülləri, əl çəkdi bağiban getdi.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən