(Zarafatyana)

“Nənəm danışqan olub...” gileylənir nəvələr,Gündə bir nağıl deyib kiriyərdi əvvəllər.İndi girəvə düşcək fövtə vermir fürsəti,Qurtarmaq da bilməyir başladığı söhbəti.Bir xatirə yumağı açıldımı... gedəcək.Ortada bir xal vurub kəssən, böyüzm edəcək;“Ağzımızı açmağa macal vermir qırılmış”.Çözələnir söz sapı gecə-gündüz, bahar-qış.

Bir də gördün gah toydan, gah “front”dan başladı,Ya pambığa danışan malı necə daşladı...Bəzən olur sağolmuş yaddaşda aza-azaƏrşə-kürşə baş vurub gedib çıxır kosmosa.Lazım gəlsə futbola, siyasətə qarışır,Yaxın Şərqdən söz salıb Kisincerdən danışır.

Hansı təbibsə deyib: “Çox danışan çox yaşar”.Bu kəlamda nə isə ağlabatan məna var –Danışdıqca azalır, elə bil ki, dərd-qada,Yüngülləşir silah da gülləni ata-ata.Belə isə, de gəlsin, xətrinə düşən zaman,Kimdən, nədən istəsən, danış, danış, nənəcan!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов