Babalardan qalma sözdür –əziz, mehribanAna deyə çağırırıqAzərbaycanı.Vətən quru dağ-daş deyil...Onu hər zamanseyr etdikcə biz görürükcanlı insanı:

Şirvan yolu – alnındakıqırışlarıdır,Mingəçevir – sevinc iləyanan gözləri.Şah dağının silsiləsi –sıx qaşlarıdır,Zümzüməli Kürün suyu –şirin sözləri.

Abşeronum – onun odlu, isti ürəyi,Bu torpaqdır – güvəndiyivar-dövlətinə.Nifrətidir, qəzəbidirBakı küləyiGec baxana öz xalqına,öz millətinə.

Onun sözü-söhbətidir,dilinin duzu –Sazlı-tarlı, xoş avazlıQazax, Qarabağ.Şəfa verən loğmanıdır –Sirab, İstisu,Nəvazişli qucağıdır –Kəpəz, Xaçbulaq.

Səxavətli bir insandırqollu-qanadlı,Bol nemətli süfrəsidir –Ağdam, Lənkəran.Düşməninə yumruğudur –Laçın, Qubadlı,Sol döşündə orden kimiyanır Naxçıvan!

Göy göl onun çay içdiyimavi nəlbəki,Təzə arxlar, kanallarsaalın təridir.Ağ köynəyi – Mil düzüdür;ipəkli Şəki –Paltarının zər baftalıətəkləridir.

İgidlərin şəkli düşənşəfəqli Xəzər –Medalyondur, ana onuqoynunda saxlar.Körpəsinə süd verdiyidöşünə bənzərQar sinəsi qoşa-qoşabulaqlı dağlar.

Əsrimizin möcüzəsio Neft Daşları –Su üstünə möhür salan

əlidir onun.Nizamidən soraq verənGəncə çinarıTufanlarda əyilməyənbelidir onun.

Babalardan qalma sözdür –əziz, mehribanana deyə çağırırıqAzərbaycanı.Vətən quru dağ-daş deyil...Onu hər zamanSeyr etdikcə biz görürükcanlı insanı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине