Əhdim-arzum
Qan tərin içində üzür saçların,Əlin-ayağınsa buza dönübdür.Həmləsi azalmır bir an azarınSənin ateşlərin niyə sönübdür?!
Biləyin ovcumda, gözün gözümdə,Mən tuta bilmirəm, nəbzi özün say...Təsəlli verməyə güc yox sözümdə,Əcəlin yolunu kəsin, ay haray.
Ay haray, bəxt məni tora salıbdı,Tərpənə bilmirəm, qaça bilmirəm.Üç övlad anası darda qalıbdır,Qolumdan zənciri aça bilmirəm.
O titrəyən ürək, süzülən baxış,O tövşüyən sinə tibbə tənədi –Loğmana-dərmana ümid qalmamış,Əzizim, yenə də əlac sənədi.
Yenə hamımızdan sən ürəklisən,Qurtarsa qurtarar iradən bizi.Göstər təbabətə bir möcüzə sən,Çəkək qoynumuzdan əllərimizi.
Səninlə xoş çağım az olmamışdır,Az da qalmamışıq boranda, qarda.Ömrün hər vərəqi naxış-naxışdır,Qoşa iz salıbdır qış da, bahar da.
İndi... sən bu hala düşəndən bəriBudur əhdim, arzum, qərarım mənim:Heç nə istəmirəm, qayıtsın geriSəninlə möhnətli çağlarım mənim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-ehdim-arzum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
TəcnisDedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən