Saçlarım qapqara, könlüm havalı,Bir gözəl gəzirdim qızlar içində.Baxışı dupduru, hüsnü-kamalıMəhəbbət biçimdə, vəfa biçimdə.

Suyu şirin olsun, həyalı olsun.Sidqlə yandırsın ilk çırağımı.Qədəmi uğurlu, sayalı olsun,Bəhəri bəzəsin ömür bağımı.

Sağ olsun taleyim, gəlməsin gözə,Çıxdı ürcahıma bir kişi qızı.Sonra da üç oğul... fəqət nədənsəQıza həsrət gördük ocağımızı:

Yenə gözəl gəzir gözlərim mənim,Ürək şövqə gəlir bu axtarışla.“Arsız qoca” deyə baxışlar qənimKəsilməsin... Ey gənc, məni bağışla,

Saçım ağarsa da sərrafdır gözüm!Üç qız axtarıram qızlar içində.Tapım hər birini istərdim özümElə qaynanın özü biçimdə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов