Bir adı Qala, bir adı da Pənahabad olan Şuşa, Laçın təkcə bu günümüz yox, tariximizdi, sərkərdələr, sənətkarlar yetirən əcdadımızın yadigarıdır, Pənah xanı, İbrahim xanı, Vaqifi, Natəvanı, Adıgözəl bəyi, Mehmandarovu, Xosrov bəyi, Sultan bəyi, Üzeyir bəyi, Seyidi, Xanı, Bülbülü yetirən diyardır. Şuşa bizim qartal qıylı, bülbül cəh-cəhli yuvamızdır. Buna görə də indi Şuşasız günlərimdə mən özümü yuvasız quş sayıram...

Ərşə qalxıb naləm mənim,Alınıbdı Qalam mənim.Əsir düşüb ciyərparam,Şuşam mənim, balam mənim.

Şəhid bağrı dəlik-dəlik,Şüşə qəlbim çilik-çilik.Şənlik edir, şonquyubduŞah evimdə Şöklü Məlik.

Kəsilibdi Xaçın yolu,Dağılıbdı Laçın yolu.Məmməd Əmin durub gəlir,İgidlərim, açın yolu.

Millətimin atasıdı,Ruhu zəfər butasıdır.Bir haray var, on səkkizinBu gün əksi-sədasıdı:

“Urus gəlir AbdallaraEtibar yoxdu bunlara.Soruşun türklər hardadı,Topları çəkin yallara”.

Misri qılınc hanı, hanıSel-sel olsun gavur qanı.

Hayandadı bu günümünSoltan bəyi, Pənah xanı.

Hayandadı, hayandadıBamsı Beyrək, Xan Bayandır.Türk oğlu, çox qandırıbsan,Ermənini yenə qandır!

Bura Nəbi oylağıdı,Laçın, tərlan yığnağıdı.Bir həmləsi, bir uçuşuQuzğun cəmini dağıdır.

Taleyin öz yazısı var,Qarlı qışın da yazı var.Basmaq istər qurdu köpək,Arxası – ağ ayısı var.

Ona da Bozqurd deyərlər,Şəstini çətin əyələr,Min il nəslini öyüblər,Min il nəslini öyərlər.

28 may, 1992

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов