Bağımızda üç budaqlıPeyvənd alma ağacı var.Alma nədi, bir aləmdirHər budaqda yetişən bar:

Ətri başqa, dadı başqa,Hər növün öz adı başqa.

Biri ağdır, biri sarı,O birisi çəhrayıdır.Şipşirindir, turşməzədir,Təzə baldır – dost payıdır.

Bıçaq alıb kəssən əgərAl yanaqlı bir almanı,Deyərsən ki, elə indiAxasıdır qızıl qanı.

Heç hansının çöhrəsində,Zahirində yoxdu qüsur.Heyf, ancaq birisininBatinini görən... qusur.

Qabığını soyan təkiÜzə çıxır hər gizli sirr –Baxırsan ki, içindəcəƏyri-üyrü bir qurd gəzir.

Bədənində o almanınMin bir fəsad törətmədə –Açıb iynə ucu boydaXırda, məxfi pəncərə də.

Ordan qonşu almalarınDüzümünə baxır, baxır:“Bizdən deyil, gəlmədilər...” –Mızıldanır paxıl-paxıl.

Həsəd qurdu içəriniSöküb tökür nifrətindən(Yazıq alma başdan-başaSaralıbdır xiffətindən).

Bayırdakı almalaraNə toy tutub qazar quyu –Neyləsin ki,Yığılsa da, açılsa da,Çatmır boyu...

Önündəki şah budağaHey yağdırır tənə daşı,Özünüsə almalarınSanır qədim vətəndaşı.

Həsəd rəmzi – qurd sığınıbSaf almaya, “yaxın dosta”,Nəsillərdən nəsillərəKeçib gedir asta-asta...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов