Səndən ayrılanda, dağlar, cavandım,İndi görüşünə qoca gəlmişəm.Qayğılar üstümə düşdü – talandım,Üzümə üz tutub borca gəlmişəm.

Diləyim çoxsa da, gəl əsirgəmə,Nə arzu eləsəm, yoxumdur demə.Qaytar sən bu dəmdən məni o dəmə,Düşmüşəm yamanca suça, gəlmişəm.

Mehribandır obaların, ellərin,Şəfalıdır çiçəklərin, güllərin,Məlhəm olsun deyə sərin yellərinSinəmi mən aça-aça gəlmişəm.

Xatirəmin güllərini üzməyə,Cığır örtən otlarını əzməyə,Haraylayıb gəncliyimi gəzməyə,Yollarını quca-quca gəlmişəm.

Zəri altı duran bəxtə-naxışa,Möhkəmcə yaddaşa, möhkəmcə huşa,Cağbacağ dişlərə – üyüdən daşa,Yapdığım küt gedir, saca gəlmişəm.

Baxışda tüğyana gələn dənizə,Qırışsız alına, gözlüksüz gözə,Çəliksiz əllərə, əsməyən dizə,Bükülməyən qola-qıça gəlmişəm.

Yanaqda közərən laləyə, gülə,İlanı yuvadan çıxaran dilə,Dayı dedirtməyən qapqara telə,Hələ dən düşməyən saça gəlmişəm.

Damaqdan getməyən dada-ləzzətə,Qızlar bəyəndiyi boya-qamətə,İti, şux yerişə, taba-taqətəMöhtac qalıb uça-uça gəlmişəm.

Tövşümək bilməyən odlu nəfəsə...Durnanı havada saxlayan səsə,Tükənməz nəşəyə, bitməz həvəsə,Hünərə, qüdrətə, taca gəlmişəm.

Ömrün zinətini illər alıbdır.Mahir ovçu kimi bir-bir çalıbdır.Bircə sən verdiyin vüqar qalıbdır,Hüzuruna başı uca gəlmişəm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе