Öz köçünü çəkirdi qoca nənə qüruba,Yığılmışdı başına bütün qohum-əqrəba.Dodağına sıxmışdı oğlu onun əlini.Söykəyinə girmişdi gözüyaşlı gəlini.Can vermirdi fəqət o, vardı nəsə bir sözü,Axtarırdı nəyisə onun çəkişən gözü.Yuxudaydı elə bil, o hövlnak oyandı:“Körpə hanı?.. Qoymayın, suya düşər, amandı!..”Sayıqlayıb düşmüşdü zənn etməyin təşvişə,Nəvəsinin üstündə əsirdi o, həmişə.Təzə-təzə yeriyən körpə qanad açırdı,Fürsət gəzir, yol tapcaq arx üstünə qaçırdı,Qarı ora qoymazdı... gəzdirərdi çəməni.Gətirəndə nənənin hüzuruna körpəniArxayınca yumulan gözdən düşdü bir gilə.Min əzabla çatsa da qarı bu son mənzilə,Aha dönüb uçsa da axırıncı nəfəsiOnun təzə başlayan ömrü idi nəvəsi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов