Uçurumlardan keçə-keçəÇatıb qarlı zirvələrə,Ad verərək neçə-neçəAdsız yerə, sansız yerə,Saçında bir çəngə bulud,Qaşlarında sırsıra, sis,Şiş qayaya üz tutaraqAldı soraqBir alpinist:– Adın nədi? Adın nədi?

– Nədi?! Nədi?!– Adın nədi, a daşlarıXallı qaya? Xallı qaya!– Ballı qaya! Ballı qaya!– Qoynundakı sirr nə, de, sən.Sirr nə, de sən?– Hər nə desən... Hər nə desən.– Ballı qaya, balın v-a-aar?Balın v-a-arr?– V-a-aar, v-a-a-aar, v-a-a-ar...Gənc alpinist baxdı-baxdıHeyran-heyran.Üst-başına şirə yağdı –Sarp qayada məskən salanArıların vilayətiƏl çatmayan koğuşlaraToplamışdı var-dövləti.– Kimə sirdaş oldun dünən,Bu gün, qaya, bu gün, qaya?– Günə, Aya! Günə, Aya!..– Kimə yığıb saxlamısanXəzinəni fəsil-fəsil,Sənə-sənə?– Sənə, sənə! Sənə, sənə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов