İlahi, bu torpağımNecə sirli möcüzə.Adicə şəkliylə dəYenə dərs verir bizə.

Durma vətən övladı,Xəritəyə nəzər sal,Düşün nəyi öyrədirGördüyün uca qartal.

Gör necə də ləngərləSüzür qoşa qanadlar!Qartalındır, qartalınBu əzəmət, bu vüqar.

Kim deyər ki, var onunÖzgə quşa bənzəri?Dimdiyində aparırElə bil ki, Xəzəri.

Bakı! Sən bu qartalınYanar, parlaq gözüsən.Bədnəzərin gözünəBatan oxun özüsən!

Gəlin, bir də seyr edəkXəritədə Bakını.Kim görmüşGözün beləŞəffafını, pakını!

Milyon çıraqlı o gözZillənibdir uzağa.Qartal cürət etməzdiOnsuz qanad açmağa –

Milyon çıraqlı o gözŞəfəqlədib yolunu.Tufanlardan keçirmişQanadını, qolunu.

Milyon çıraqlı o gözYerə, suya səpir nur,Ulduzlara göz vurur.O qocaman qartalıUca, nurlu göylərə,Bir uğurlu səfərəUçurduqca uçurur...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов