Qollar rəqs eləyir, baxışlar gülür,Ürəklər çırpınır başqa büsatla.Başdan çiçək yağır, çiçək tökülür,Ovuclar sevinir qəndlə, nabatla.

Özgə vaxt yerindən dura bilməyənNənə, quştək süzür yüngül havaya.Cavanlıq eşqiylə bir ağız deyənBabanın da gedir səsi o taya.

Hazır dayanıbdır çöldə maşınlar,Gəlini gözləyir bir təzə “Volqa” –Onun da əynində toy libası var,Bürünüb qumaşa, əlvan yaylığa...

Muğamın burdakı təranəsini,Sazı, kamançanı bilmə əyləncə –“Gəlin atlandı”nın dinlə səsini,O, hikmət danışır ahıla, gəncə.

Adı köhnəlsə də, onun mənası,Xalları, rəngləri təzədir bu gün.Yanar bir nəfəsdən qopan nidası,Hər sözü-söhbəti bizədir bu gün.

Deyir: “Müqəddəsdir bu köç, bu şənlik,Aləm uğur söylər sənə, a gəlin!Olsun başdan-başa güllük-gülşənlikİlk qədəm basdığın təzə mənzilin.

Səni bir köhlən at, bax, qaça-qaçaAparır ən şirin arzuna sarı.Lakin belə yeyin, belə rahatcaKeçilmir, əfsus ki, ömür yolları.

Bu yol enir düzə, qalxır yoxuşa,Kol-kosdan adlayır, dağa dolanır.Dəyir köhlən atın dırnağı daşa –İnsan vaxt olur ki, piyadalanır.

Gərək bezməyəsən... ömürdü-gündü –Onun gecəsi də, gündüzü də var.Demə həyat belə toydu – düyündü,Onun bəd üzü də, xoş üzü də var.

Keçir öz ərinlə ömrü mehriban,Hər ayaq yeriniz bir gül bitirsin.Eşqiniz bu təzə evdən başlayanGələcək nəslə də vüqar gətirsin”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов