Suların laylası
Bir suçu yol boyu arx qaza-qazaAxır bu gün gəlib bostana çıxdı,Tağlar, o demişkən, durdu pişvaza,Ona təzim etdi, əlini sıxdı.
Dalınca şütüdü sular şırhaşır,Gülüb-şaqqıldadı nəsə deyərək...Köpüklü ləpələr gah pıçıldaşır,Gah zümzümə edir şirin laylatək.
Suçu yorulmuşdu, dincəlim deyəArx üstə əyləşib sulara baxdı,Sonra yavaş-yavaş getdi mürgüyə,Çiyni ağırlaşdı, gözləri axdı...
Kəsdiyi bir çimə qoydu başını,Ona layla çaldı titrək ləpələr.Yumşaq görməmişdi nazbalışınıSuçu ömrü boyu bəlkə bu qədər.
Hər su şırıltısı – bir gözəl mahnı,Ürək söhbətiydi, ürək sözüydü.Ona dincəl deyən həmin laylanıÇöllərə gətirən onun özüydü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-sularin-laylasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xeyli vaxtdır görüşmürük,Ayrılığa dözmürəm mən.
Özünü ömrünün ilk baharındaÖzünü ömrünün ilk baharındaHeç görüş yerinə çatdırmısanmı?
Pənah gətirmişəmXırda bir uşaqdın mən görən zaman,Eşqdən, sevdadan yoxdu xəbərin.
Qəlbimə axdıGəl, o ala gözlərinə mən olum fəda,Söylə, hardan yaranmışdır səndə bu qayda,