Səfərə çıxan küçələr
Akademik, memar Mikayıl Hüseynovaithaf edirəm
Şəhərdə fikirli bir insan gəzir,Yerişində mənə, gözündə mənə.Onun görüşünə durub müntəzirXəyalında doğan hər təzə bina!
Atır addımını canlı heykəltək,Muzeylər, meydanlar pişvaza çıxır.Möhtəşəm saraylar əl eyləyərəkMehriban-mehriban dalınca baxır.
Bünövrəsi möhkəm, yarımçıq evlərOnun nəzərində sağlam uşaqdır –Zəhmətlə, diqqətlə böyütsən əgər,Yüz illər ömr edib yaşayacaqdır!
Qala var, məbəd var min illər qabaqTikilib, qopmayıb hələ bir daşı.Nə lərzəyə gəlib üstündəki tağ,Nə də ki, pozulub əlvan naxışı.
Yox ikən bəşərin kağız-qələmiÖz ürək sözünü daşlara yazmış.Sevinci, fərəhi, dərdi, ələmiO, sərt dırnağıyla daşlara qazmış.
Ötən əsrlərdən qalan yadigar –Şirin bir hekayət, bir kitabədir.Hər qüllə, hər kərpic, hər sədd, hər divarBabadan nəvəyə gələn namədir.
Oxuya-oxuya bu namələriDağüstü parkında gəlib dayanır.Bakı bir dastandır, səhifələriMemarın gözüylə nura boyanır.
Şəhər – min bir əllə yazılan kitab,Onun da burada qızıl xətti var,Hər təzə qapıdan boylanıb məhtabİlk dəfə, ilk dəfə onu salamlar!
Ev var, cazibəli bir roman – əsər,Doymazsan yüz dəfə azı oxusan,Solğun bir lövhədir zövqsüz evlər,Meyl etməz üzünə baxmağa insan.
Bakını, bu gözəl, zəngin mirasıNəsildən-nəsilə yetirmək üçünOnun neçə-neçə solğun misrasıPozulub, yenidən yazılır bu gün!..
Şəhərdə fikirli bir insan gəzirYerişində məna, gözündə məna.Yöndəmsiz evləri xəyalən əzir,Kibrit qutusutək atır bir yana.
Basırıq məhlələr çəkilir geriDönməz addımlarla o yeriyəndə.Vahimə bürüyür dar küçələri“Sökülsün!” sözünü qəti deyəndə.
Günəş qüdrəti var baxışlarında –Haraya zillənsə saray bitirir.Alimlər evinin naxışlarındaƏsrdən əsrə nişan yetirir.
Neftçilər naminə ucaltdı bina –Hər mənzildə sənət çırağı yansın.Dibçəklər, vazalar düzdü eyvana,Dedi zəhmətlə gül qoşa dayansın!
Baxıb qəlb evinin yoxsul küncünəBunlara ağzını əyən də oldu.İncə sütununa, gözəl bürcünə“Lüzumsuz bərbəzək” deyən də oldu.
Əsər eyləmədi bu söz memara,Gec-tez cavabını o, verəcəkdi,Bir kəlmə demədən o, bədxahlaraAbidə evlərlə göz dağı çəkdi.
Yuxarı məhlədə Elm şəhəriDinib-danışmayan memar səsidir.Öz ana yurdunun zövqü, hünəri,Əqli, kamalının abidəsidir!
Baxır zər pəncərə necə nazəndə!Danışır insanla zəhmətin dili.Güşə daşlarına çiçək düzəndəQuştək qanadlanır bənnanın əli.
Bu dönməz qanundur – belədir qismət:Tikdiyi ev qədər yaşamır bənna.Sabahkı evlərdən yetişir fəqətƏhsən sədaları qulaqlarına!
Binalar həmişə sabah ünvanlı,Sabaha göz dikir, fəcrə göz dikir.Odur ki, darısqal, alçaq tavanlıEvlər sahibindən xəcalət çəkir...
De, daşın-torpağın nədir günahı?Ona həyat verən insandır, insan!Ev var qarşılayıb milyon sabahı,Neçə yüz ilə də çatacaq asan.
Hər bina – vaqondur, hər küçə – qatar,Səfər gələcəyə, əsrlərədir.Sonuncu mənzilə uğurla çatar –Üstüylə memarın xəyalı gedir...
O, yaxşı bilir ki, həmin qataraHələ neçə nəsil minib düşəcək.Ötdükcə zamanı o, yara-yaraLəngiyib qalmasın yollarda gərək!
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-sefere-cixan-kuceler
Клавиши ← → для перехода, R — случайное стихотворение