Xəlil Əlimirzəyevə

Biz səninlə bir süfrədənBir pud çörək-duz yemədik,Sədaqətin ünvanınaGünaşırı tost demədik.

Ayda, ildə rastlaşırıqYol üstündə, təsadüfən...Səni əziz qardaş sanır,Dost bilirəm bəs niyə mən?

Bu sualın cavabınıVerir əzmin, mətanətin,Çoxlarına məktəb olanİnsanlığın, ləyaqətin;

Millətinin nişanəsi –Mərd sifətin, kişi sözün,Açıq alnın, pak əməlin,Xoş məramın, gülər üzün...

Bu səbəbdən könlüm, gözümGörüşünü edir bayram.Səni görcək itirdiyimYüz sevinci mən tapıram.

Sanki qərib bir insanamQovuşuram tanış elə,Sən küçənin o başındaGörünəndə gülə-gülə.

Elə bil ki, bir dağ çayıÇəmənliyə hopub gəlir,Torpağımın bir parçasıMəhvərindən qopub gəlir.

Dost görəndə kövrəkləşirÜrəyimdə el həsrəti,Qucaqlaşır xəyalımdaYurdumuzun dörd cəhəti –

Qərbi, Şərqi qol-qoladır,Cənubunu qucur Şimal,Çiçək atır bir-birinəBar götürür neçə mahal.

Bir cəhəti Qarabağdır;Bir cəhəti Gəncəbasar;Bir cəhəti Şahdağıdır –Keçilməyən uça hasarı.

Bir cəhəti Xəzər boyuAbşerondur, Mil-Muğandır,Bu dörd cəhət – bu dörd qardaşBir-birinə mehribandır.

O ülfətin bayramıdırBu təntənə, bu toy-düyün,Bundan böyük feyz olarmıMənim üçün, sənin üçün!

Elimizin bu cür təzəBirliyinə əhsən, əhsən,Var ol, Xəlil, gəlmə gözə,Xəritəmdə dörd cəhətin –

Bu dörd dostun biri sənsən!Azərbaycan torpağındanYığıb ətir, yığıb şirəÖz yuvandan – Şah dağındanPərvazlandın üfüqlərə.

Yarım əsr yol gəlmisən,Şad etmisən vətənimi.Bir belə də halalındırÖz ananın südü kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине