Pənah gətirmişəm
Xırda bir uşaqdın mən görən zaman,Eşqdən, sevdadan yoxdu xəbərin.Baxırdı hər şeyə vurğuntək heyranMəsum quzu kimi xumar gözlərin.
Bəzən rastlaşanda nəzərlərimizUtanıb qaçırdın, yadında varmı?Uşaqdıq, yox idi dərdi-sərimiz,O günlər geriyə heç qayıdarmı?
O şirin çağlardan neçə il keçir,Ömür öz atını çapır dördnala.Söylə, o günləri yad eləyib birBarı getmisənmi sən də xəyala?
Qaynar gözlərini gördüm yenidən,İndi başqa məna duyuram onda...O odlu baxışlar özüm bilmədənQalamış könlümü görünməz oda.
Açmasam sinəmi yandırar bu ah,Bir ürək sözüm var – çırpma daşlara,Sizə bu qış çağı gətirdim pənah,Çatdır öz əlinlə məni bahara!
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-penah-getirmisem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tramvayda çoxlu adam,Azalmırdı minən-düşən...
Böyüdün, bərkidi qolun-qanadınBöyüdün, bərkidi qolun-qanadın,Tay-tuşun içində seçildi adın.
ƏbədiyyətBir adamın bütün nəsliYer altından qalxsa əgər,
İlk məhəbbət dedim, budur son andımİlk məhəbbət dedim, budur son andım.Kölgətək arxanca gəzib dolandım,
Стихи других поэтов
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Qəzəl: Yetdik cahanda cana yetişməz əcəl-məcəlYetdik cahanda cana yetişməz əcəl-məcəlEy kaş ola bu dirilikə ölmək bədəl-mədəl
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən