Tramvayda çoxlu adam,Azalmırdı minən-düşən...Nəzərimi cəlb edirdiGah ayrılan, gah görüşən,

Bir-birini tanımayanİnsanların xoş rəftarı.Yer verirdi görsəydi kimUşaqlını, qocaları.

Səs eşitdim: – Əyləşiniz!Tez çevrilib yana baxdım.Bir qız durub yer göstərdi,Mən diqqətlə ona baxdım.

Donub qaldım qarşısındaTəzə açan bu çiçəyin.Bir an sonra ixtiyarsız:– Siz kimsiniz? – sordum, – deyin.

Gülməmişdən çuxurlananYanağı od tutub yandı.Dəli könlüm ilk gəncliyiHəsrət ilə yenə andı.

O, dilavər uşaq kimiKiprik çalıb gülümsədi:– Hər kiməmsə yaşlılaraBorcumuzdur hörmət, – dedi.

Tanımadım mən o qızı,Tanımadı o da məni.Lakin onun bu hörmətiSaldı yaman oda məni.

(Duydum indi saçları ağBir aşiqi lap ürəkdən –Sevdiyindən “dayı” sözüEşidənin dərdini mən).

Qız qalmışdı ayaq üstə –Yaşıd olsam o, durmazdı;“Sağ ol!” deyib əyləşdim mən –İlk gəncliyim... oturmazdı.Elə bil ki, yatmış idimSu səpdilər üzərimə.İlk gəncliyim indi dahaGörünmürdü gözlərimə...

Lakin nə qəm, bir oğlum var,O böyüyər, çatar boya,Bir gün yenə gələr mənimİlk gəncliyim bu dünyaya.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов