İtdim bir şəhərdə mən,Ünvan çıxdı yadımdan.Oldum ki, elə qərib,hətta qorxdum adımdan.İndi Şərq nə,Qərb nədir,İndi çox qəribədir,İndi sol da sağımdır,İtdi sağ da solumdur

Bütün şəhər evimdir,Bütün yollar yolumdur.Gözümdən qaçırmıram,bir qarış səkini mən.Tez düşən axşamı mən.Şəhərin sakini - mən,Şəhərin rəssamı – mən.Dolanıram, gəzirəm,bayaqdan hər yeri mən.Şəhərin çox qayğıkeş,çox mehriban meri - mən.Gəzirəm,seyr edirəm,elə daşı,torpağı,İllərlə dəyməmişdir,ora insan ayağı.Gəzirəm elə məyusdərdli xərabələri,Ora heç kim getməmişdüşmən qaçandan bəri.Burda yeraltı duxan,Altdan mal verən dükan,Mavi ipək kölgəlisıra-sıra xiyaban...Yox, mənə lazım deyil,yox, daha heç bir ünvan.Gəzəcəyəm,rastıma gələr -gəlsin, -gəlməz - heç.Kolumb həvəsi iləordan adla,bura keç.

Bat suya,ucal göyə,sancıl yerin təkinə.Atom-atomalınıbgərək şəhər tükənə.Könlümü Günəş kimibu göyün qübbəsindən,Mən asmaq istəyirəm.Burda azdığım kimidostun sədaqətində,yarın məhəbbətində,düşmənin nifrətində,ömrümün möhlətindəmən itmək istəyirəm.Mən azmaq istəyirəm.Marşrutsuz,filansızAğlı,qaralı neçəadam yanında yalqız.Kaş ki tez-tez azaydım,o göydə,bu yerdə də,Azaydım mən,azaydım,Bu kiçicik dünyada,bir hüdudsuz zərrədə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов