O qıza
Axtarıram mən səni,Arayıram mən səni.Soruşuram gözümlə ötüb keçəndən səni,Axtarıram kitabda, arayıram həyatda,Bilmirəm nə boydasan, nə görkəmdə, nə adda,
Sənin təhsilin nədir, sənin yaşın neçədir?Aladırmı gözlərin, qaradırmı, necədir?Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,Qoy qara xalın olsun həsrətimin nöqtəsi!Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən;Ol, kiçik ol, böyük ol, amma kamallı ol sən.Kamallı ol ki, ömür bir şən nümayiş deyil,Mənalı yaşamaqsa çox da asan iş deyil.Ağıl da öz yerində, kamal da öz yerində,Bir gözəllik də görüm mənalı gözlərində.Kimə, nəyə baxıram təkcə səni andırır,Ürəyimdə sözüm var, ürəyimi yandırır.O elə bir sözdür ki, dosta, yada deyilməz,Anadan əziz nə var, anaya da deyilməz.Əllərimi göynədir saçlarının həsrəti,Gəl, yiyəsiz qalıbdır könlümün məhəbbəti.İşdir üz-üzə gəldik... Onda məndən utanma,Ürəyindən keçəni nə gizləmə, nə danma.Gizləmə ki, danma ki, gedər hərə bir yana;Qoyma canım od tutub yana, ömürlük yanaSəni harda axtarım? De nəçisən? De kimsən?Tez ol görün, tez ol gəl, axtarıram səni mən!Gözümdə, könlümdə qəm,Yollarına bitmişəm.İlk baharı gözləyən cavan ağaclar kimi.Baharı gözləyirəm... Ay qız, gəl bahar kimi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-o-qiza
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Xoş bəyanlıq virdim oldu, böhtana yol vermədim,Şirin süxən əndəlibəm, hədyana yol vermədim,
AğlaramEy cavanım, sən yadıma düşəndə,Gözlərimdən qan yaş tökib ağlaram,
EtirafBilirəm səhvimi, günahlarımı,Demirəm onları bağışla mənə.
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.