Vəsiyyət
Yeri oldu-olmadıhəkim kigirdi xəstənin qılığına,Nəsə pıçıldadıdostlarındanbirinin qulağına -
Onda həkim,Salam-əleykim!Hardan gəldi çıxdıölüm - bu qoca kaftar.Yaman kəmfürsətdir,Görmür ki,əlimdə nə qədər işim var?Heç kim inanmır ki,Öləcək..Elə mən də...Amma ölümoğlanlarımınkədərli təbəssümüyləgülümsəyəndə,Onların, hələ dünyanıtamam yığa bilməmişgözləriylə baxandaonlarla bir oyanıb da,Bir oynayanda,Hər işdə onlardangeri qalmayanda,Sadiq köpək kimi girəni,çıxanı yoxlayıbqapının yanından ayrılmayanda,İnandım öləcəyimə...Demədim heç kimə.Tabutuma oğlanlarımıyaxın qoymayın!Təbəssümlərini qoyarlar ora,Qoymayın onlarıhəyətdən bir adam çağıra,Oyuncaqlarını,oyunlarını gətiribqoyarlar tabutuma,Birdən-birəqocalarlar.Mənsə aparıramsizə lazım olmayannəyim var.
Amma qoyub gedirəmnöqsanlarımı.Onlar narahat yaşadaroğlanlarımı,TabutumaBir az kağız qoyun,bir dənə də qələm.Hayıf, bu yaşda heç nə,heç nə deməmişəm.Dostlarbir şeir desinlər,İşdi imkan olsabir dənə də mahnıçaldırsınlar.Şeirlə mahnının möcüzəsiləAyılmağaçox dəli bir ümidim var.Ölüm çəkmiş olsa üzüməsarı bir kədər,Əvvəlki təbəssümümüsalın yadadüşünüb bir qədər.Gecələryazmaq,oxumaq eşqi gələndəPaşanın,Azərin,Orxanın,Asın təbəssümümüdivar lapması kimibaşı üstdənUç canımın,üçigid oğlanımınPaşamın,Azərimin,Orxanımın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-vesiyyet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Sənə zahirdir, ey Hayy, xəbirü dana,Olsa hər mazi və müstəqbil və məxfi peyda,
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
GəlYekə - yekə çox danışma, ay gədə,Götür sazı, gir meydana, cəngə gəl.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,