Darıxırdım, yol yoldaşımKöməyimə çatdı mənim.Dərin ağlı, kəmaliyləÜrəyimə yatdı mənim.

Onun duzlu söz-söhbətiKörpü saldı uzun yola.Öz-özümə dedim ki, kaş,Beləcə beş dostun ola.

Nur vermişdi baxışınaYurdumuzun od-ocağı.Ağır eldən götürmüşdüMərifəti, qanacağı:

Qara çörək şəkər dadarOnun ilə yesən yavan.Ayrılanda tərs kimi bizVermədik də barı ünvan.

İndi onsuz darıxıram,Həsrət sıxır ürəyimi.Könlüm onu arzulayırƏlli ilin dostu kimi.

Şəhər böyük, insanlar çox,Hara atdı onu külək?Küçələri dolaşıramƏzizini itirəntək.

Axtarıram, ələk-vələkEləyirəm izdihamı –Elə bil ki, tək mən deyil,Gəzir onu, gəzir hamı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов