Düz deyiblər, bilmir bəzi cavanlarAta olanacan ata qədrini;Sonra göz yaşına qərq edir onlarAta türbəsini, ata qəbrini.

İndi körpəsinin əli əlində –Duyur ki, ən şirin var-dövlət nədir.Yeriyir atalıq yükü belində –Duyur şəfqət nədir, məşəqqət nədir,

Duyur öz atası necə üzü şad,Necə qəlbi küskün köçüb dünyadan...Gec olur biləndə borcunu övlad,Dolaşır peşiman, gəzir peşiman.

Həssas görmək üçün övladımızı,Atalar, yığışın, bir təbdir tökək,Neyləyək ki, olaq taledən razı?Mənə qalsa, əlac budur ki, gərəkCavan oğlanları tez evləndirək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов