Sevincimi gəzirəm
Onda atam sağ idi,Hamı “əmi” deyirdi,Mən də “əmi” deyirdim,Yaşasaydı nə dərdim...
Onda əmim sağ idi –İndikindən çox idiLampamızın işığı,İndikindən gur idiOcağımız – sobamız.
Onda əmim sağ idi –Hər il məskən edərdik qarlı-güllü yaylağı,Dəli dağın ətəyi Qoçdaş idi obamız...İstəməzdi bir an da düşək gözdən irağa,Əl-üz yumaq adıyla yollanardıq bulağa,Uşaqlığın yorulmaz həvəsiylə coşardıq,Bir kəpənək dalınca neçə təpə aşardıq.
Çəmənlikdə itərdi gəldiyimiz cığırlar.Dağın da ki, sehirli boz örpəyi – çəni var,Göz açanda görərdik bürünmüşük dumana,Vahiməylə qaçardıq biz o yana, bu yana.
Bir kahaya sığınıb yuxuya da gedərdik,Adaya tək düşənin halından da betərdik.Hardan keçsək yenə də gəlib ora çıxardıq.Şehə batıb islanan əynimizi sıxardıq.Otların yatımıyla cəhətləri yozardıq.Dolaşdırıb kələfi, daha betər azardıq,Bilməzdik ev hardadır, oba harda, biz harda,Ağlaşardıq qorxudan, çırpınardıq bu torda.
Elə bu vaxt dağ-daşa hay salardı doğma səs,İstisiylə əriyib tökülərdi boz qəfəs.– Əmi! Əmi! Hardasan?Yüyürərdi, gələrdi,Gözlərinin yaşını gizli-gizli silərdi,Kövrələrdi o insan...
Yuxudursa o günlər – bir də görə biləydim,Həqiqətsə – geriyə kaş döndərə biləydim.Sehr varmı zamanı sürətindən ləngidə?O həsrətlə tez solub saçlarımın rəngi də.
Bu il yenə köçümü çəkdim həmin yaylağa,Çıxıb dumanlı gündə gəldim həmin bulağa.Dərələrdən, dağlardan keçdim gözüyumulu,Yanan dodaqlarıma düşən şehləri içdim.
Dedim kaş ki, itirəm yenə cığırı, yolu.Cəhətləri bilinməz çəmənliyə yetişdim,Xeyli gəzib dolaşdım bu arzuyla, gümanla.Axşam düşdü, geriyə döndüm qatı dumanla.
Dedim kaş bu dumanda bir də, bir də azam mən,Durub qorxu içində cəhətdən yozam mən.Fəqət aza bilmədim...Yol göstərdi dağ yeli,Komamızı tuşutdu qayaların boz əli
Dedim, kaş ki, bu çən yox, çöksün yenə o duman,Özləri yad torpaqda, adı qəlblərdə qalanDostlarımla burada yenə yolları çaşaq,Boz qəfəsdə üşünək, yazıq-yazıq ağlaşaq.
Dedim, kaş, bir səs gələ – yenə həmin doğma səs,İstisiylə əriyə həmin soyuq, boz qəfəs.O naləyə-haraya birnəfəsə çapam mən,O mərd, kövrək insanı – sevincimi tapam mən.
Duman həmin dumandır,ancaq aza bilmirəm,bu qaydanı, nizamıheyif, poza bilmirəm,heyif, poza bilmirəm...
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-sevincimi-gezirem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dedi: “Gəlləm, gözlə məni”,Gələydi kaş, gələydi kaş.
“Olmaz, olmaz!” deyirsən(Mahnı. Musiqisi Zöhrab Abdullayevindir)*Sahil sakit... çəkilibdir ayaqlar,
Eşqimin növrağı(Mahnı. Musiqisi Hacıbaba Hüseynovundur)*Könlüm düşdü diyar-diyar
Qonşu olmaq istəmirəm(Mahnı. Musiqisi Telman Hacıyevindir)*Axşam... tarla yolu... bir qız, bir oğlan;
Стихи других поэтов
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Bürümüş tənimi, canımı fəraqBürümüş tənimi, canımı fəraq,Ağırdır, günlərim keçsə bu sayaq.
YaxşıdıKamal sərf edənlər, kamil olanlar,Əgər qulluq etsən, sənət yaxşıdı.