Eşqimin növrağı
(Mahnı. Musiqisi Hacıbaba Hüseynovundur)
Könlüm düşdü diyar-diyarBir kəkliyin sorağına,Ha yalvardım, o qonmadıMəhəbbətin budağına.
Meyl etmədim bir gözələ,Sədaqətim düşdü dilə,Mən and içdim ildən-iləİlk eşqimin növrağına.
Bir gün yenə onu gördüm,Dilə gəldi həmin dərdim.Bir dəstə gül-çiçək verdim,O, almadı qucağına.
Əllərimdə gülüm soldu,Riqqətimdən gözüm doldu.Sinəm başı hədəf olduO dilbərin bu dağına.
Sanma könül sınasıdır,Kərəm olub yanasıdır.O, körpəmin anasıdır,Vurulmuşam bu çağına.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-esqimin-novragi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Baxın, Məhəmmədin işinə,El içində xar olubdu.
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
Dinlə qardaşınıDinlə qardaşını, a yaslı qardaş,Həmişə arzulu, niyazlı qardaş,
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.