Olubdu
Baxın, Məhəmmədin işinə,El içində xar olubdu.Uyubdu şeytan felinə,O xənnasa yar olubdu.El eşidib, özü də bilir,Sanasan ki, kar olubdu.Bəyənmir dostu- tanışı,Bu qurumsaq kor olubdu.
Məşədi iki qoyun verib,Bu gəda quzuya dönüb.Saqqalı bulaşıb yala,Nazilib tazıya dönüb.Öksüzdə meydan açıbdı,Deyirlər qazıya dönüb,Vurulub dünya malına,İşi tam ah - zar olubdu.
Doğru söz de, düşün danış,Hədyan demə qul Heydara.Ağlın qaçıb, huşun itib,Başın götür vur divara.Yahu, yahu deyə - deyə,Əl atmışam Zülfüqara.Adına dastan demişəm,Mahallarda car olubdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-heyder-olubdu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə ucadı, nə alçaqdı,bu məqamlar kimdədi,Gözəl işlər, gözəl peşə, böyük namlar kimdədi.
A mollaNə vardan qorxum yox, nə də ki, puldan,Mərdlik adətimdi, bilnən, a molla.
Ağbaba dağıBilinmir tarixi, bilinmir yaşı,Ləlü cəvahirdi torpağı, daşı,
AğlasınSallana-sallana gələn gözəlin,Dördü qahqah çəksin, biri ağlasın.
Стихи других поэтов
Nə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm