Nə vardan qorxum yox, nə də ki, puldan,Mərdlik adətimdi, bilnən, a molla.Xeyir işdən ötrü tökmə qaş-qabaq,Bizimlə bir yola gəlnən, a molla!

Nəyi bəyənmirsən, açıq söylə gəl?Bu, Allah işidir, yoxdu bir əngəl,Kişisən, kişi ol, mənə qurma təl,Bir dodağın qaçsın, gülnən, a molla!

Niyə qaradasan, əzizin ölüb?Sənin qaş-qabağın bizəmi qalıb?Aşıq Heydər sənin mətləbin bilib,Ya qızı ver, ya da ölnən, a molla!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов