Sallana-sallana gələn gözəlin,Dördü qahqah çəksin, biri ağlasın.Bir azca toxdasın, gəlsin özünə,Verməsin özgəyə siri, ağlasın.

Çıxarsın qaranı, geyməsin qara,Qara olan salıb onu azara.Al-yaşıl geyinib çıxsın bazara,Dərdi olan gəlsin bəri, ağlasın.

Aşıq Heydər deyər, hər vaxt gördüyün,Kor olsun düz işə salan kor düyün.Allah qismət etsin barı toy-düyün,Adını deyirəm Pəri ağlasın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов