Ey oğul, böyüdün kamala çatdın;Çalışdın, səyinlə bu hala çatdın.Atıldın həyatın gen səhnəsinə,Qulağın uymasın hər nəğməsinə.Sənə bu həyatdır ən böyük məktəb,O həm çox sadədir, həm də mürəkkəb.Aldanma, ağlınla hər şeyi ölç, biç!Yaxşını mənimsə, yamandan vaz keç!Düşünən ağlın var, duyan ürəyin,Bunlarla gülümsər hər bir diləyin.Ağlın bir gözü var, ürəyin min-bir,Çalış ki, hər işdə olsunlar əlbir.Bu ona rəhbərlik etsin, o buna,Aydınlıq saçsınlar həyat yoluna.Əyriyə baş əymə, cəsur ol, cəsur!Haqqa möhkəm yapış, fikrində bərk dur!Hər hissə qapılma, qəlbini bərkit!Doğrunu doğrular ağzından eşit.Düşüncə, anlaqdır ağlın köməyi,Duyğu və xəyaldır könül bəbəyi.Ən böyük həqiqət xəyaldan doğar,Dolğun ay ən incə hilaldan doğar.Bunlarla şənlənir, canlanır həyat,Şahin tək hər yerdə açar qol-qanad.Yarımçıq sürünmə, dolmağa çalış,Biliklə qüvvətli olmağa çalış!..Yüksəl gündən-günə, bir boyda qalmaİşığı ay kimi günəşdən alma!Öz zəhmətin ilə yarat hər zaman,Olma hər tarladan kəsmik toplayan.Bir hünər göstərsən nə gərək qürur,Qürura qapılmaz sağlam bir şüur.Yağmurlu bulud ol, nur saçan günəş,Yanmağa layiqdir hər quru küləş.Özünü kamaldan kamala yetir,Torpaq ol, al-əlvan çiçəklər bitir.Əkdilər, sən biçdin, indi də sən ək,Mərd olan borcunu ödəsin gərək.Sənə yüz vermişsə bu ana torpaq,Sən min ver, ölçünü, hesabı burax.Yalnız bir çiçəklə açılmaz bahar,Bu elin qədərsiz ehtiyacı var.Tək sənin gücünlə yaşamaz vətən,Özündən qüvvətli vətəndaş görsənÜrəkdən sev onu, hər an hörmət et,Xeyir verməsinə sən də xidmət et.Qulağından həsəd sırqası asma,Əlindən tutanın başından basma.O sənə, xalqına köməkdir, oğul.Çay kimi bulanma, əngin dəniz ol!..Doğanaqdan keçər hər uzun örkən,El böyüklərinin qədrini bil sən.Dənizə bir damcı bilik çox azdır,Bu əsrin, tarixin gözü doymazdır.Dahilər yaratmış bu şanlı torpaqTərəqqi biliyə bağlıdır ancaq.Yoluna nur saçan istiqbalın var,Çox çəkməz, hər yerdə min günəş doğar.Bir məşriq kəsilər hər yan, hər bucaq,Şənliklər içində gülər hər ocaq.Getdikcə daha da şənlənər ölkə,Əriyər keçmişin qalığı ləkə.Yer gülər, göy gülər, həyat gülümsər,Üzünə yeni kainat gülümsər.Ey düşgün çağımda qəlbim, köməyim,Budur son istəyim, ən son diləyim:Bütün qüvvətinlə silahlan, oğul,O böyük bayrama sən də hazır ol!O günə uca bir diləyin olsun,Sənin də bir damcı əməyin olsun!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İstəkli nəvəm Ülkərə

Bir gün səhər dalmışdım ulduzların seyrinə,Gözləyirdim üzümə haçan gülər Ülkərim.

19581 мин
Tülkü və xoruz

Bir it ilə bir xoruz köçdən qalmışdı. Bunlar bir-biri ilə dost olub çöldə yaşayırdılar. Gecələr xoruz ağac başında, it də ağacın altında yatırdı.Bir gün səhər dan yeri ağaranda xoruz ağac başında ucadan banladı. Yaxında ov axtaran bir ac tülkü xoruzun səsini eşidib gəldi. Ağac altında çömbəlib gözlərini xoruza dikib oturdu. Sonra mehriban səslə dedi:

1 мин
Dəvə və siçan

Bir dəvə qatarından ayrılıb çöldə tək qalmışdı, iştaha ilə qanqal yeyirdi. Bu aralıq bir siçan yuvasından çıxmaq istərkən dəvəni gördü. Əvvəlcə qorxub çəkildi. Sonra bir müddət durub o zorba heyvana heyrətlə tamaşa etdi. Bir az ürəklənib yaxın gəldi, dəvənin boynuna bağlanmış kəndirlə oynamağa başladı. Sonra kəndiri tutub çəkdi. Dəvə yerindən hərəkət etdi. Dəvə hərəkət etdikcə siçan ipi dartıb çəkdi. Siçan getdikcə dəvə də itaət edib onun ardınca gedirdi. Siçan özözünə lovğalandı: “Sən bu siçan bəydə hünərə və igidliyə bax, bu zorbalıqda heyvanı çəkib aparıram”. Dəvə eşidib dinməli.Onlar gəlib bir çaya çatdılar. Siçan dayandı, bir çaya baxdı, bir də dəvəyə. Dəvə dedi:

1 мин
Arı və eşşək

Dağ ətəyində bir eşşək otlayırdı. Yamacın lətif otlarından, dadlı çiçəklərindən qoparıb yeyirdi. Doyduqdan sonra həmin al-əlvan çiçək və otların üstündə uzanıb ağnamağa başladı.Yaxında bir arı çiçəklərdən bal tuturdu. Bunu görüb çığırdı?

1 мин

Стихи других поэтов · О мудрости