Dağ ətəyində bir eşşək otlayırdı. Yamacın lətif otlarından, dadlı çiçəklərindən qoparıb yeyirdi. Doyduqdan sonra həmin al-əlvan çiçək və otların üstündə uzanıb ağnamağa başladı.

Yaxında bir arı çiçəklərdən bal tuturdu. Bunu görüb çığırdı?

– Ey, nankor heyvan, otları, çiçəkləri nə üçün əzirsən, axı, onlar sənə can verir, qan verir, qarnını doyurur. Sabah onlar sənə lazım olmayacaqmı? Bir də biz arılar o ətirli çiçəklərdən bal və mum çəkirik. Doğru sözdür: “Eşşək qanmaz olur. Qanmaz isə özünə də ziyan verir, özgəsinə də”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов