Mən çoxdan həsrətəm vüsalə, Təbriz.O ceyran baxışlı cəmalə, Təbriz.Qəlbimin içində tellər sızlayır,Arabir gəldikcə xəyalə Təbriz.Bir zaman gülərdin, çiçəklənərdin,Bənzərdin meyvəli nihalə, Təbriz.Azadə yurdunun saf göylərindəOxşardın bir yeni hilalə, Təbriz.Öz dilin, biliyin, öz idrakınla,Getdikcə dolurdun kəmalə, Təbriz.Aşiqdim o azad, gülən səsinə,Vurğundum o hüsnə, cəmalə, Təbriz.Uzaqdan eşqinlə, daşqın sevincləQaldırdıq nə qədər piyalə, Təbriz.Deyirdim: günəşli bahar həyatınXəzandan gəlməsin zəvalə, Təbriz.Gec açdı, tez soldu al çiçəklərin,Qurudu o coşqun şəlalə, Təbriz.Biz yenə üzürük şənlik içində,Sən neçin düşmüsən bu halə, Təbriz?Xəzərə axarkən birləşmiş Araz,O taydan gətirir ah-nalə, Təbriz.Hər yanı bürümüş zülmün alovu,Qəlbindir dağ görmüş bir lalə, Təbriz.O şirin ömrünə kim qatdı zəhər?Cavab ver bu haqlı sualə, Təbriz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе