Ey sönük, çürümüş dünya, parçalan!Qusduğun: əsarət, zəncir, ölüm, qan!

Siyasət yürüdən qaplanlarınla,Qaplandan yırtıcı insanlarınla,Zülüm heykəlləri sultanlarınla,O qanlı tarixin, dövranlarınla –

Ey sönük, əskimiş dünya, parçalan!Qusduğun: əsarət, zəncir, ölüm, qan!

Yerlərdə sürünsün o iyrənc üzün!Vulkanla partlasın o bayquş gözün!Nə kölgən, xəyalın qalsın, nə özün!Tarixdən büsbütün silinsin izin!

Ey sönük, çürümüş dünya, parçalan!Qusduğun: əsarət, zəncir, ölüm, qan!

Yıxıl ki, insanlıq sevinsin, gülsün!Gözümüz bəxtiyar bir dünya görsün!Azadlıq hər yerdə hökmünü sürsün!Başına bir zəfər çələngi hörsün!

Ey sönük, çürümüş dünya, parçalan!Qusduğun: əsarət, zəncir, ölüm, qan!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов