Gənclik marşı
Ali Pedaqoji İnstitutun tələbələrinə
Bizik bilik, şan ordusu, Azərbaycan ordusu.Qaranlıqlarla çarpışan elm, ürfan ordusu.
Köhnə, çürük qüvvələri parçalayıb yıxan biz,Şimşək kimi parıldayan, ildırım tək çaxan biz,Daşqın, coşqun sellər kimi hər tərəfə axan biz,Bizik nurlu aləm quran azad insan ordusu.
Sevgi, atəş ocağıdır Azərbaycan ölkəmiz,Şərqə, Qərbə işıq saçan, atəş yakan bizik, biz.İgidlikdə, hər sənətdə ad çıxarmış nəslimiz.Bizik bilik arxasınca gedən ön, şan ordusu.
Üstümüzdə dalğalanır nur saçaqlı bayrağımız,Elmsizlik, istibdaddır bizim böyük yağımız.Yorulmadan çarpışaq ki, parlasın ocağımız.Bizik qaranlığı qovan, nur saçan dan ordusu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-genclik-marsi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tədris hissəsi müdiri Həsən müəllim öz kabinəsində oturub, dərs cədvəlini hazırlayırdı. Axşam qaranlığı çökmək üzrə idi. O gün səhərdən göy üzünü bürüməyə başlayan qara buludlar havanı bir qədər də tez qaraltmışdı. Həsən müəllimin zəif və gözlüklü gözləri işləməyə müsaidə etmədiyindən yazı masası üstündəki elektrik çırağından istifadə etmək istədi. İşlə ciddi məşğul olduğu halda qabağındakı lampanın düyməsini basdı, ancaq işıq yanmadı. Masa üstündəki çırağın lampası götürülmüşdü. Həsən müəllim əsəbiləşdi, tələsik zəngi basdı, gələn olmadı. Zəngi bir neçə dəfə basdıqdan sonra orta boylu, arıq vücudlu bir kişi qapını açıb içəri girdi. İtaətkar bir vəziyyət aldıqdan sonra qısa, sıx kirpikli kiçik gözlərini ona dikərək:– Nə buyurursunuz? – dedi.
MasamaEy mənim köhnə masam, köhnə dostum, mən yenə də sənə dirsəklənərək əlimdə qələm çalışıram. Bu dəfə qələmə aldığım mövzu sənsən, ancaq sən!..Qırx ildir ki, sən mənimlə baş-başa verib ədəbi yaradıcılığımda can qoyur, mənimlə bərabər əmək sərf edirsən.
İldırımBeş pərdəli dramİ Ş T İ R A K E D Ə N L Ə R**:
Birinci pərdəSəhnə. Azərbaycan kəndlərindən birini təsvir edir. Qabaq tərəfdə kəndə gedən*dar bir yol, sağ tərəfdə İldırımın kiçik bağı və dəyirmanı. Sol tərəfdə Ba laxanımın*
Стихи других поэтов · О мудрости
Дай мне, кравчий, с вином сок целительных трав:Хоть стремился я в рай, пил я горечь отрав!
دل نقطه بسم الله دیوان جنون استجان رشته شیرازه فرقان جنون است
Günü-günə calasan daKeçən günə günlər çatmazGünü-günə calasan da!
AğlaramEy cavanım, sən yadıma düşəndə,Gözlərimdən qan yaş tökib ağlaram,